Saitlərin yazılışı 1. O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik. 2. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri. 3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, şəkil, heyif, meyil, əsil, şeir. 4. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a -sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.