Samitlərin yazılışı 1. Birinci hecasındakı samiti həm n , həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. 2. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət. 3. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslav ski, Mayakovski, ssenari, planetari, profilaktori. Qeyd: Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium. 4. Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey. Vitse sözü istisnadır. Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets. 5. Rus dilində tərkibində щ olan alınma sözlərin əvvəlində və axırında bir ş , sözün ortasınd...