Samitlərin yazılışı
1. Birinci hecasındakı samiti həm n,
həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz,
sünbül, şənbə.
Kombayn, kombinat, kömbə,
pambıq sözləri istisnadır.
2. Əslində sonu qoşa samitlə bitən
iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram,
konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.
3. Sonu -iy,
-skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari,
profilaktori.
Qeyd: Kimyəvi element adları
əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.
4. Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex,
sirk, sement, lisey.
Vitse sözü istisnadır.
Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts
yazılır:
Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.
5. Rus dilində tərkibində щ olan alınma
sözlərin əvvəlində və axırında bir ş,
sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin,
Şerba, şotka, borş, Vereşşagin, Quşşin, meşşan.
6. Əsli h
samitli alınma sözlər h ilə yazılır:
Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
7. Əsli c
samitli alınma sözlər c ilə də
yazılır: Cek London, cemper, Siciliya.
Yorumlar
Yorum Gönder